İçeriğe git

Foto

Nəcib Fazil Qısakürək Sözləri (Azərbaycanca / Azerice)

Azərbaycanca Azerice

Konuda 15 cevap var

#1
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
Nəcib Fazil Qısakürək Şeirləri - Sözləri - Aforizmləri

- Tam otuz il saatım işləmiş, mən dayanmışam,
Səmadan xəbərsiz uçurtma uçurtmuşam.
 
- Ruhumu əridib də qəlibdən dondurmuşlar.
Onu "İstanbul" deyə torpağa qondurmuşlar.
 
- Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər,
Gözəl olmasaydı ölərmiydi peyğəmbər?!
 
- Allah dostu odur ki, nəfsinə tək pay biçməz.
Qırx il bir turş ayranı, darıxsa da, içməz.
 
- Böyük görüş Böyük görüş ... Bilsem harada, saat neçədə?
Tabutumun taxtası, bilsəm hansı ağacda?
 
- Qapı-qapı bu yolun son qapısı ölümsə,
Hər qapıda ağlayıb, o qapıda gülümsə!
 
- Nə var ki bazarlığa girişəcək əcəllə,
Sərmayəm tək söz Allah Azze və Celle.
 
- Sevdalın bu dağı deş desə, qaçar, deşərsən!
İş Allaha gəldimi, gücün yox, səndələyərsən!
 
- An olur bir qərib duyğuya dalıram;
Mən bu, səfil dünyada əcəba nə arayıram?
 
- Göz qapdırdığınız rəngdən, qulaq verdiyim səsdən;
Bağışla, səndən xəbərsiz qaldığım hər nəfəsdən...
 
- Əfv var deyə, işlənən günahdan vicdan burxulur,
Əfvi sığortalayan həyasızdan qorxulur...
 
- Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə;
insandan qaçmaq asan, özümdən qaça bilsəm...
 
- Dağı tanıyan, necə tanımaz uçurumu?
Madam ki, yüksəliş var, eniş olmaz olarmı?
 
- Ürəyimi və ağlımı həmişə sağ əlimə verdim.
Vəzifəsi olmasaydı, sol əlimi qopardardıq.
 
- Gözüm, ağlım, fikrim var demə hamısını öldür.
Sənə çöl kimi gələn, o göl deyirsə göldür.
 
- Səni axtarmaq üçün məni uzağa atdı!
Aləmi mənim, məni özün üçün yaratdın!
 
- Sonum yoxluq olsa, bu varlıq niyə?
 
- Doğularıl türbəndən Fatih!
Gel də davanı həll et!
 
Göstər hansı qanundur,
Sonsuzluğa zəmanət...
 
- Bu qapıdan qol və qanad qırılmadan keçilməz.
Yoldaşdan, dostdan, sevgilidən ayrılmadan keçilməz.
 
- Anladım əsl sənət Allahı aramaqmış,
Mərifət bu, gerisi yalnız çəlik-çomaqmış.
 
- Yaradan rəhmətini qəhrindən üstün saydı,
Nə olardı halımız, göz yaşı olmasaydı?
 
- Bu zülmət dünyasında qalmadı darıxdığım,
Namaz vaxtından başqa, anını gözlediğim.
 
- Mən, xəritədə dəniz görmüş boğulmuş...
Doqquz kəndin sahibi, doqquz kənddən qovulmuş...
 
- Sən ki, beş vaxt namaz kibiri ilə fərahdasan,
Günahın yox sanarkən ən böyük günahdasan!
 
- Səbr`in sonu salamət,
Səbir xeyrə əlamət,
Bəla sənə qəhr etsin,
Sən bəlaya salam et..
 
- Məqsəd tək,
Ölməmək.
 
- İslamiyyət Avropadan gəlsə müsəlman olacaqsınız.
 
- Ağlaya bilsəydiniz, anlaya bilərdiniz.. (Rəis Bəy)
 
- Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın. (Vecdimin Penceresinden)
 
- Səbr, çəkilən şeyi eşitməmək deyil, ona "dayanma" bilməkdir. (Toxum)
 
-Tərəddüd etsən ayaqların səni daşımaz. Gedəcəyəm de, bas və get! (Cinnet Mustatili)
 
- Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır. (İhtilal)
 
- Allah iztirabını çəkdirmədiyi şeyin nemətini verməz. (Konuşmalar)
 
- Allahım, bizi həm əfv, həm adam et. (Vecdimin Penceresinden)
 
- Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq. (Çerçeve 1)
 
- Ağıldan böyük nemət, zəkadan da ağır yük tanımıram. (Vecdimin Penceresinden)
 
- Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var! (Cinnet Mustatili)
 
- Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım! (Aynadaki Yalan)

- Gördüyü şeyi necə görə bildiyini izahdan acizkən gözüylə görmədiyi üçün Allahı inkar edən materialistlərdən iyrənirəm! (Rapor)
 
- Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər.
 
- Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar!
 
- Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur... (Çilə)
 
- Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. (Çerçeve 1)
 
- "Gəncliyinə doya bilmədən getdi" deyərlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada deyil. Bura acmağın yeridir... (Vecdimin Penceresinden)
 
- İttihat və Tərəqqi bir başdan o biri başa saxta qəhrəmanlar sirkidir. Ucuz qəhrəmanlıq özəntisi və saxtası, iç-içə... Ondan sonrakı dövr məlumdur. Maddədə qurtarılan millətin ruhda batırılışı... (Sahte Kahramanlar)
 

Nəcib Fazil Qısakürək
_______________________
Nəcib Fazil Twitter: https://twitter.com/NecibFazil_az
Nəcib Fazil Facebook: https://www.facebook...FazilQisakurek/
Türkcə həqiqi Nəcib Fazıl sözləri: http://www.n-f-k.com...zleri-kaynakly/

Diqqət! internetdə bir çox Azərbaycanca əsassız Nəcib Fazıl sözləri mövcud. Siyahı: http://www.n-f-k.com...reye-aid-deyil/



#2
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

OLMAZMI? (OLMAZ MI?)

Yön yön sarılmışam ha yana baxsam;
Sarılan olar da saran olmazmı?
Kim bu üzü çəkən sənətkar rəssam;
Keçib də aynaya soran olmazmı?

Mən bir parçacığam, bütünə həsrət;
Zaman qoy fırlansın, o günə həsrət;
Ruhumsa zamanın üstünə həsrət;
Əbədiyyət boyu bir an... Olmazmı?

Nəcib Fazil Qısakürək



#3
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

ALLAH DEYƏRƏM (ALLAH DERİM)

Belimdə daşınmaz yükü göylərin;
Hər kəs atlar gedər, mən yeriyəməm!
İstərsəniz həyat aşını verin;
Sayılı nemətlər bal olsa yeməm!

Ey ağıl, dəlinməz necə səbətin
Əbədi olmanın geyimi kəfən!
Qursa da boşluğa asma körpü, fən,
Allah derim, başqa da bir şey deməm!

Nəcib Fazil Qısakürək



#4
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
OTEL OTAQLARINDA (OTEL ODALARINDA)
 
Bir mərhəmətdir yanan darısqal otaqların
hisli lampalarında, hisli lampalarında.
 
Gizli bir iz qalıbdır, gəlib keçən üzlərdən
Tozlu aynalarında, tozlu aynalarında.
 
Soyunulmuş paltarlar başı kəsik adamdır
Sınıq masalarında, sınıq masalarında.
 
Sanki bir sirr aparır gecə məstləri, tıp-tıp,
Daxma kandarlarında, daxma kandarlarında.
 
Çılpaq divarda vurur nəbzi sızıltıların
Mismar yaralarında, mismar yaralarında.
 
Hiss edilir zamanın taxtanı gəmirdiyi
Tavan aralarında, tavan aralarında.
 
Ağlayın, aşinasız, səssiz can verənlərə,
Otel otaqlarında, otel otaqlarında.
 
Nəcib Fazil Qısakürək


#5
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

SAKARYA TÜRKÜSÜ

İnsan bu su misali qıvrım-qıvrım axar ya
Bir yanda axan mənəm, o bir yanda Sakarya
Su enər yoxuşlardan həp basamaq-basmaq
Mənimsə alın yazım yoxuşlarda susamaq
Hər şey axar - su, tarix, ulduz, insan və fikir
Oluklar cüt: birindən nur axar, birindən kir
Axışda dəstələnmiş böyük, kiçik kainat
Bu çıxan buluda bax, bu enən suya inad
Ancaq Sakarya başqa, yoxuşmu çıxıyor nə
Qurşundan bir yük minmiş köpükdən gövdəsinə
Çatlayır yırtmıyor yoxuşu çıxmaq üçün
Hey Sakarya başqa, yoxuşmu çıxıyor nə
Quruşundan bir yük minmiş köpükdən gövdəsinə
Çatlayır yırtmıyor yoxuşu çıxmaq üçün
Hey Sakarya kim demiş suya vurulmaz pərçim?
Rəbbin istərsə sular büklüm-büklüm burulur
Belinə Sakaryanın türk tarixi vurulur
Eyvah, eyvah Sakaryanın sənəmi düşdü bu yük
Bu dava xor, bu dava yetim, bu dava böyük

Nə ağır imtahandır başındakı Sakarya
Minbir baslı qartalı necə daşır qanarya

İnsandır sanıyordum müqəddəs yükə hambal
Haınballıq ki, sonunda nə rütbə var, nə də mal
Yalnız acı bir lokma, zəhmlə bişmiş aşdan
Və ayrılıq anamdan, vətəndən, arkadaşdan
İndi döyün Sakarya, döyünmək vaxtı bu an
Kəhkəşanlara qatmış əski günəşləri an
Hanı Yunis Əmrə ki, sahilində gəzirdi
Hanı ardına çin-çin qübbələr səpən ordu
Hardadır qardaşların comərd Nil yaşıl Tuna
Gedən şanlı axınçı nə gün dönər yurduna
Mərmərlərin nəbzində hələ çarparmı təkbir
Buludmu dəli rüzgar o sevdayı: Allah bir
Bütün bunlar səndədir bu girift bilməcələr
Sakarya qəndillərə qatıran tökdü gecələr

Vicdan əzabına tay qayna-qayna Sakarya
Öz yurduna qəribsən, öz vətənində parya!

İnsan üç-beş damla qan, irmaq üç-beş damla su
Bir həyata çatdıq ki, həyata qurmuş pusu
Gəldi ölümlü yalan, getdi ölümsüz gerçək
Siz həyat sürən leşlər, sizi kim dirildəcək
Kaf dağını assalar bəlkə çəkər də bir qıl
Bu ifritdən sualım qılını çəkməz ağıl
Sakarya saf cocuğu məsum Anadolunun
Divanəsi ikimiz qaldıq Allah yolunun
Sən və mən göz yaşıyla islanmış xamırdanıq
Rəngimizə baxsınlar qandan və palçıqdanıq
Əqrəbin qısqanclığında yoğurmuş bizi qədər
Aldırma belə gəlmiş bu dünya belə gedər
Mənə kəfən bir yataq, sənə tabutdur havuz
Sən qıvrıl mən gedəyim son peyğəmbər qlavuz

Yol onun, varlıq onun gerisi həp anqarya
Üz üstü çox süründün ayağa qalx Sakarya.

Nəcib Fazil Qısakürək



#6
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

O AN

Daş nərdivanlar kimi aşınmış ayaqlardan,
Səcdə yerinə vura vura alnım aşına!
Göylərin qamçısıyla yediyim kötəklərdən,
Əriyəm də, tabutum boşmuş kimi daşına!

Bir qərib olsam, bənzəməyən heç kimsəyə;
Heca bilməz, bir rəng görməz, səs eşitməz.
Qaranlığı yoğursam nura dönüncəyə,
Dırmansam o ana ki, yekparədir, tükənməz.

Nəcib Fazil Qısakürək



#7
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
TABUT
 
Taxtadan yapılmış bir uzun qutu;
Baş tərəfi geniş, ayaq ucu dar.
Çaxanlar bilir ki, bu boş tabutu
Biri gün özləri dolduracaqlar.
 
Hər yandan kiçilən bir otaq kimi,
Divarlar yanaşmış, tavan alçalmış.
Sanki bir daş kukla qutuda kimi,
Xəyalım içində uzanıb qalmış.
 
Cılız bədənimə tam görünsə də,
İçim bu dar yerə sığışmaz diyor.
Dünyada qalanlar hey döyünsə də
İnsan birər-birər yenə giriyor.
 
Ölənlər yenidən doğarmış; gerçək!
Tabut deyildir bu, bir taxta qundaq.
Bu ağır hədiyyə kimə gedəcək,
Örtülər-örtülməz üstünə qapaq?
 
Nəcib Fazil Qısakürək


#8
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
KEÇƏN DƏQİQƏLƏRİM (GEÇEN DAKİKALARIM)
 
Kim bilir hardasınız,
Keçən dəqiqələrim,
Kim bilir hardasınız?
 
Qorxuram ulduzların
Düşdüyü yerdəsiniz,
Keçən dəqiqələrim.
 
Əcəba ocaq çatsam
Görünərmi üzünüz,
Əcəba ocaq çatsam?
 
Siz mənim üzümsünüz;
Əyilib suya baxsam
Görünərmi üzünüz?
 
Getdi bütün gözəllər,
Saralmış biri qaldı,
Getdi bütün gözəllər.
 
Gün gəldi, saat çaldı,
Aranızda verin yer;
Saralmış bir qaldı!..
 
Nəcib Fazil Qısakürək


#9
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
QALDIRIMLAR (KALDIRIMLAR)
 
Küçədəyəm, kimsəsiz bir küçə ortasında,
Yürüyorum, arxama baxmadan yürüyorum.
Yolumun qaranlığa qarışan nöqtəsində
Sanki məni gözləyən bir xəyal görüyorum.
 
Qara göylər kül rəngi buludlarla qapanıq;
Evlərin bacasını qollayır ildırımlar.
Bu gecə yarısında iki nəfər oyanıq:
Biri mənəm, biri də uzanan qaldırımlar.
 
İçimdə damla-damla bir qorxu birikiyor;
Elə bil ki hər küçə başında durmuş divlər.
Qapqara şüşələri üzərimə dikiyor
Gözləri çıxarılmış bir yam-yam kimi evlər.
 
Qaldırımlar, iztirab çəkənlərin anası,
Qaldırımlar, içimdə yaşamış bir insandır.
Qaldırımlar, duyulur səs kəsilincə səsi,
Qaldırımlar, içimdə uzanan bir lisandır.
 
Mənə düşməz can vermək yumuşak bir qucaqda,
Mən bu qaldırımların əmzirdiyi cocuğam.
Aman sabah olmasın bu qaranlıq sokaqda,
Bu qaranlıq sokaqda bitməsin yolçuluğum.
 
Mən gedəyim yol getsin, mən gedəyim yol getsin;
İkiyanımdan axsın bir sel kimi fənərlər.
Tak-tak, ayaq səsimi ac köpəklər eşitsin;
Yolumda bir tağ olsun zülmətdən daş kəmərlər.
 
Nə işıqda gəzəyim, nə gözə görünəyim;
Gündüzlər sizə qalsın, verin qaranlıqları.
İslaq bir yorğan kimi yaxşıca bürünəyim,
Örtün, üstümə örtün, sərin qaranlıqları.
 
Uzanıb qalsa gövdəm daşlara boydan-boya;
Alsa bu soyuq daşlar alnımdakı atəşi.
Dalıb küçələr qədər sehirli bir yuxuya,
Ölsə qaldırımların qara sevdalı eşi…
 
Nəcib Fazil Qısakürək


#10
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
QALDIRIMLAR 2 (KALDIRIMLAR 2)
 
Başını bir əmələ satan qəhrəman kimi,
Ətinlə, sümüyünlə küçələrin malısan!
Qurulub üzərinə bir taxtı-rəvan kimi,
Sonsuz məsafələrin üstündən aşmalısan!
 
Bəxtin qaldırımlara düşdüyü gündən bəri,
Ərimiş ruhlarımız bir dərdin ortasında
Sənin kölgəni içmiş onun göz bəbəkləri;
Onun daşı ərimiş sənin qafa tasında.
 
İkinizin də nə yar, nə arxadaşınız var,
Sükut kimi kimsəsiz, çılğınlıq tək hürsünüz.
Dünyada daşınacaq bir quru başınız var
Onu da nə tərəfə olsa aparırsınız.
 
Ömrünüz daş olsa da gedə-gedə yorular,
Bir gün ölümə çıxar bu yolun qıvrımları.
Nə qaldırımlar qədər səni anlayan olar,
Nə sənin anladığın qədər qaldırımları…
 
Nəcib Fazil Qısakürək - 1927


#11
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

SƏN (SEN)

Səndən, səndən, həp səndən
Əkslər aynalarda.
Göyə çıxsam zirzəmidən;
Həsrətəm durnalarda.

Səni tapdım tapdımsa;
Göydən bir dəvət duysam!
Mən ki, suçumu yusam,
Su tükənər bulaqlarda.

Qəribə sənsən vətən,
Nur yurdunu axtaran!
Sənsən, sənsən yaradan,
Rəhməti analarda.

Nəcib Fazil Qısakürək



#12
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

ALLAH DEYENƏ (ALLAH DİYENE)

Hər şey, hər şey bu bir müjdədə:
Yoxdur ölüm Allah deyənə!
Canım qurban başı səcdədə,
İkiqat əyilib Allah deyənə!

Ağıl, qırıq qanadı heçin:
Dərdi, gücü “necə” və “ neçin”...
Bağlı, pərçim üstünə pərçim,
Mənim könlüm Allah deyənə...

Nəcib Fazil Qısakürək



#13
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

ƏN YAXIN (EN YAKIN)

Əzsəm insanlğı həvəngdəstədə,
Zərrə zərrə hər kəs yenə yalnız.
Boşluqda yol gedən ucsuz karvanda,
Hər kəs təkbaşına, dağ, daş və ulduz.

Hər kəs bir vücudsuz xəyal ardınca,
Tayını itirmiş hər kəs tayında.
İçinizdə yiv yiv dərinləşin də,
Çıxsın qarşınıza ən yaxınınız!

Nəcib Fazil Qısakürək



#14
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
GÖZLƏYƏN (BEKLEYEN)
 
Sən, qaçan bir ürkək ceyransan dağda,
Mən, dalınca düşmüş bir canavaram!
İstərsən dünyanı çağır imdada;
Sən varsan dünyada, bir də mən varam!
 
Səni qorxudacaq keçdiyin yollar,
Arxandan gələcək hey ayaq səsim.
Sarıb vücudunu görünməz qollar,
Canını yaxacaq atəş nəfəsim.
 
Kimsəsiz odanda qış gecələri,
İçin ürpərdiyi dəmlər məni an!
De ki, odur döyən pəncərələri,
De ki, külək deyil, odur hayqıran!
 
Köksümdən havaya qatdığım zəhər,
Solduracaq bir gül kimi ömrünü.
Qaçıb dolaşsan da sən şəhər-şəhər,
Mənə qalacaqsan yenə son günü.
 
Ölərsən… Qapanar yollar geriyə;
Mən məzarla sirdaş olar, gözlərəm.
Çatılmaz xəyala işarət deyə
Torpağında bir daş olar, gözlərəm…
 
Nəcib Fazil Qısakürək - 1930


#15
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:

YOLLAR VӘ GÖYLӘR (YOLLAR VE GÖKLER)

 
Üst-üstə, alt-altadır,
Məndə göylərlə yollar.
 
Göylər, qat-qat mavilik.
Yollar, boy-boy sərvlik.
 
Yollar haraya gedər,
Nə düşünərlər göylər?
 
Göylərin bir sirri var,
Onu axtarır yollar.
 
Göylər suda titrəyir,
Yollar suda tükənir.
 
Göylərin üzü yerdə,
Yollarınkı göylərdə.
 
Bu yollarda izimiz,
Bu göylərdə gizlimiz.
 
Yollar, məni çatdırın!
Göylər tutub qaldırın!

Nəcib Fazil Qısakürək


#16
mütereddid

mütereddid

    Co Admin

  • General
  • 771 Mesaj sayısı:
Ey düşmənim, sən mənim ifadəm və sürətimsən.
Gündüz gecəyə möhtac, mənə də sən lazımsan!..

Nəcib Fazil Qısakürək



Cevap Ekle



  



Azərbaycanca, Azerice etiketlerini içeren diğer konular