İçeriğe git

Cevaplanan konu: Nəcib Fazil Qısakürək Sözləri (Azərbaycanca / Azerice)

Gönderim seçenekleri

  veya İptal


Konu özeti

Gönderilme tarihi 04 Mart 2017 - 09:17 ÖS mütereddid

Ey düşmənim, sən mənim ifadəm və sürətimsən.
Gündüz gecəyə möhtac, mənə də sən lazımsan!..

Nəcib Fazil Qısakürək

Gönderilme tarihi 18 Şubat 2017 - 11:46 ÖÖ mütereddid

YOLLAR VӘ GÖYLӘR (YOLLAR VE GÖKLER)

 
Üst-üstə, alt-altadır,
Məndə göylərlə yollar.
 
Göylər, qat-qat mavilik.
Yollar, boy-boy sərvlik.
 
Yollar haraya gedər,
Nə düşünərlər göylər?
 
Göylərin bir sirri var,
Onu axtarır yollar.
 
Göylər suda titrəyir,
Yollar suda tükənir.
 
Göylərin üzü yerdə,
Yollarınkı göylərdə.
 
Bu yollarda izimiz,
Bu göylərdə gizlimiz.
 
Yollar, məni çatdırın!
Göylər tutub qaldırın!

Nəcib Fazil Qısakürək

Gönderilme tarihi 17 Şubat 2017 - 07:46 ÖS mütereddid

GÖZLƏYƏN (BEKLEYEN)
 
Sən, qaçan bir ürkək ceyransan dağda,
Mən, dalınca düşmüş bir canavaram!
İstərsən dünyanı çağır imdada;
Sən varsan dünyada, bir də mən varam!
 
Səni qorxudacaq keçdiyin yollar,
Arxandan gələcək hey ayaq səsim.
Sarıb vücudunu görünməz qollar,
Canını yaxacaq atəş nəfəsim.
 
Kimsəsiz odanda qış gecələri,
İçin ürpərdiyi dəmlər məni an!
De ki, odur döyən pəncərələri,
De ki, külək deyil, odur hayqıran!
 
Köksümdən havaya qatdığım zəhər,
Solduracaq bir gül kimi ömrünü.
Qaçıb dolaşsan da sən şəhər-şəhər,
Mənə qalacaqsan yenə son günü.
 
Ölərsən… Qapanar yollar geriyə;
Mən məzarla sirdaş olar, gözlərəm.
Çatılmaz xəyala işarət deyə
Torpağında bir daş olar, gözlərəm…
 
Nəcib Fazil Qısakürək - 1930

Gönderilme tarihi 17 Şubat 2017 - 07:11 ÖS mütereddid

ƏN YAXIN (EN YAKIN)

Əzsəm insanlğı həvəngdəstədə,
Zərrə zərrə hər kəs yenə yalnız.
Boşluqda yol gedən ucsuz karvanda,
Hər kəs təkbaşına, dağ, daş və ulduz.

Hər kəs bir vücudsuz xəyal ardınca,
Tayını itirmiş hər kəs tayında.
İçinizdə yiv yiv dərinləşin də,
Çıxsın qarşınıza ən yaxınınız!

Nəcib Fazil Qısakürək


Gönderilme tarihi 17 Şubat 2017 - 04:57 ÖS mütereddid

ALLAH DEYENƏ (ALLAH DİYENE)

Hər şey, hər şey bu bir müjdədə:
Yoxdur ölüm Allah deyənə!
Canım qurban başı səcdədə,
İkiqat əyilib Allah deyənə!

Ağıl, qırıq qanadı heçin:
Dərdi, gücü “necə” və “ neçin”...
Bağlı, pərçim üstünə pərçim,
Mənim könlüm Allah deyənə...

Nəcib Fazil Qısakürək


Gönderilme tarihi 17 Şubat 2017 - 04:14 ÖS mütereddid

SƏN (SEN)

Səndən, səndən, həp səndən
Əkslər aynalarda.
Göyə çıxsam zirzəmidən;
Həsrətəm durnalarda.

Səni tapdım tapdımsa;
Göydən bir dəvət duysam!
Mən ki, suçumu yusam,
Su tükənər bulaqlarda.

Qəribə sənsən vətən,
Nur yurdunu axtaran!
Sənsən, sənsən yaradan,
Rəhməti analarda.

Nəcib Fazil Qısakürək


Gönderilme tarihi 17 Şubat 2017 - 04:01 ÖS mütereddid

QALDIRIMLAR 2 (KALDIRIMLAR 2)
 
Başını bir əmələ satan qəhrəman kimi,
Ətinlə, sümüyünlə küçələrin malısan!
Qurulub üzərinə bir taxtı-rəvan kimi,
Sonsuz məsafələrin üstündən aşmalısan!
 
Bəxtin qaldırımlara düşdüyü gündən bəri,
Ərimiş ruhlarımız bir dərdin ortasında
Sənin kölgəni içmiş onun göz bəbəkləri;
Onun daşı ərimiş sənin qafa tasında.
 
İkinizin də nə yar, nə arxadaşınız var,
Sükut kimi kimsəsiz, çılğınlıq tək hürsünüz.
Dünyada daşınacaq bir quru başınız var
Onu da nə tərəfə olsa aparırsınız.
 
Ömrünüz daş olsa da gedə-gedə yorular,
Bir gün ölümə çıxar bu yolun qıvrımları.
Nə qaldırımlar qədər səni anlayan olar,
Nə sənin anladığın qədər qaldırımları…
 
Nəcib Fazil Qısakürək - 1927

Gönderilme tarihi 17 Şubat 2017 - 03:56 ÖS mütereddid

QALDIRIMLAR (KALDIRIMLAR)
 
Küçədəyəm, kimsəsiz bir küçə ortasında,
Yürüyorum, arxama baxmadan yürüyorum.
Yolumun qaranlığa qarışan nöqtəsində
Sanki məni gözləyən bir xəyal görüyorum.
 
Qara göylər kül rəngi buludlarla qapanıq;
Evlərin bacasını qollayır ildırımlar.
Bu gecə yarısında iki nəfər oyanıq:
Biri mənəm, biri də uzanan qaldırımlar.
 
İçimdə damla-damla bir qorxu birikiyor;
Elə bil ki hər küçə başında durmuş divlər.
Qapqara şüşələri üzərimə dikiyor
Gözləri çıxarılmış bir yam-yam kimi evlər.
 
Qaldırımlar, iztirab çəkənlərin anası,
Qaldırımlar, içimdə yaşamış bir insandır.
Qaldırımlar, duyulur səs kəsilincə səsi,
Qaldırımlar, içimdə uzanan bir lisandır.
 
Mənə düşməz can vermək yumuşak bir qucaqda,
Mən bu qaldırımların əmzirdiyi cocuğam.
Aman sabah olmasın bu qaranlıq sokaqda,
Bu qaranlıq sokaqda bitməsin yolçuluğum.
 
Mən gedəyim yol getsin, mən gedəyim yol getsin;
İkiyanımdan axsın bir sel kimi fənərlər.
Tak-tak, ayaq səsimi ac köpəklər eşitsin;
Yolumda bir tağ olsun zülmətdən daş kəmərlər.
 
Nə işıqda gəzəyim, nə gözə görünəyim;
Gündüzlər sizə qalsın, verin qaranlıqları.
İslaq bir yorğan kimi yaxşıca bürünəyim,
Örtün, üstümə örtün, sərin qaranlıqları.
 
Uzanıb qalsa gövdəm daşlara boydan-boya;
Alsa bu soyuq daşlar alnımdakı atəşi.
Dalıb küçələr qədər sehirli bir yuxuya,
Ölsə qaldırımların qara sevdalı eşi…
 
Nəcib Fazil Qısakürək

Gönderilme tarihi 17 Şubat 2017 - 03:54 ÖS mütereddid

KEÇƏN DƏQİQƏLƏRİM (GEÇEN DAKİKALARIM)
 
Kim bilir hardasınız,
Keçən dəqiqələrim,
Kim bilir hardasınız?
 
Qorxuram ulduzların
Düşdüyü yerdəsiniz,
Keçən dəqiqələrim.
 
Əcəba ocaq çatsam
Görünərmi üzünüz,
Əcəba ocaq çatsam?
 
Siz mənim üzümsünüz;
Əyilib suya baxsam
Görünərmi üzünüz?
 
Getdi bütün gözəllər,
Saralmış biri qaldı,
Getdi bütün gözəllər.
 
Gün gəldi, saat çaldı,
Aranızda verin yer;
Saralmış bir qaldı!..
 
Nəcib Fazil Qısakürək

Gönderilme tarihi 17 Şubat 2017 - 03:51 ÖS mütereddid

TABUT
 
Taxtadan yapılmış bir uzun qutu;
Baş tərəfi geniş, ayaq ucu dar.
Çaxanlar bilir ki, bu boş tabutu
Biri gün özləri dolduracaqlar.
 
Hər yandan kiçilən bir otaq kimi,
Divarlar yanaşmış, tavan alçalmış.
Sanki bir daş kukla qutuda kimi,
Xəyalım içində uzanıb qalmış.
 
Cılız bədənimə tam görünsə də,
İçim bu dar yerə sığışmaz diyor.
Dünyada qalanlar hey döyünsə də
İnsan birər-birər yenə giriyor.
 
Ölənlər yenidən doğarmış; gerçək!
Tabut deyildir bu, bir taxta qundaq.
Bu ağır hədiyyə kimə gedəcək,
Örtülər-örtülməz üstünə qapaq?
 
Nəcib Fazil Qısakürək

Tüm konuyu incele (Yeni pencerede açılır)