Search the Community
Showing results for tags 'Azerice'.
Found 1 result
-
Nəcib Fazil Qısakürək Şeirləri - Sözləri - Aforizmləri - Tam otuz il saatım işləmiş, mən dayanmışam, Səmadan xəbərsiz uçurtma uçurtmuşam. - Ruhumu əridib də qəlibdən dondurmuşlar. Onu "İstanbul" deyə torpağa qondurmuşlar. - Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, Gözəl olmasaydı ölərmiydi peyğəmbər?! - Allah dostu odur ki, nəfsinə tək pay biçməz. Qırx il bir turş ayranı, darıxsa da, içməz. - Böyük görüş Böyük görüş ... Bilsem harada, saat neçədə? Tabutumun taxtası, bilsəm hansı ağacda? - Qapı-qapı bu yolun son qapısı ölümsə, Hər qapıda ağlayıb, o qapıda gülümsə! - Nə var ki bazarlığa girişəcək əcəllə, Sərmayəm tək söz Allah Azze və Celle. - Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən! - An olur bir qərib duyğuya dalıram; Mən bu, səfil dünyada əcəba nə arayıram? - Göz qapdırdığınız rəngdən, qulaq verdiyim səsdən; Bağışla, səndən xəbərsiz qaldığım hər nəfəsdən... - Əfv var deyə, işlənən günahdan vicdan burxulur, Əfvi sığortalayan həyasızdan qorxulur... - Həmişə nəfs çıxır qarşıma, ölüb ölüb diriləndə; insandan qaçmaq asan, özümdən qaça bilsəm... - Dağı tanıyan, necə tanımaz uçurumu? Madam ki, yüksəliş var, eniş olmaz olarmı? - Ürəyimi və ağlımı həmişə sağ əlimə verdim. Vəzifəsi olmasaydı, sol əlimi qopardardıq. - Gözüm, ağlım, fikrim var demə hamısını öldür. Sənə çöl kimi gələn, o göl deyirsə göldür. - Səni axtarmaq üçün məni uzağa atdı! Aləmi mənim, məni özün üçün yaratdın! - Sonum yoxluq olsa, bu varlıq niyə? - Doğularıl türbəndən Fatih! Gel də davanı həll et! Göstər hansı qanundur, Sonsuzluğa zəmanət... - Bu qapıdan qol və qanad qırılmadan keçilməz. Yoldaşdan, dostdan, sevgilidən ayrılmadan keçilməz. - Anladım əsl sənət Allahı aramaqmış, Mərifət bu, gerisi yalnız çəlik-çomaqmış. - Yaradan rəhmətini qəhrindən üstün saydı, Nə olardı halımız, göz yaşı olmasaydı? - Bu zülmət dünyasında qalmadı darıxdığım, Namaz vaxtından başqa, anını gözlediğim. - Mən, xəritədə dəniz görmüş boğulmuş... Doqquz kəndin sahibi, doqquz kənddən qovulmuş... - Sən ki, beş vaxt namaz kibiri ilə fərahdasan, Günahın yox sanarkən ən böyük günahdasan! - Səbr`in sonu salamət, Səbir xeyrə əlamət, Bəla sənə qəhr etsin, Sən bəlaya salam et.. - Məqsəd tək, Ölməmək. - İslamiyyət Avropadan gəlsə müsəlman olacaqsınız. - Ağlaya bilsəydiniz, anlaya bilərdiniz.. (Rəis Bəy) - Əziyyət qapısından çatılacaq dünyanı bilsəydin, yatağını yorğanını satardın. (Vecdimin Penceresinden) - Səbr, çəkilən şeyi eşitməmək deyil, ona "dayanma" bilməkdir. (Toxum) -Tərəddüd etsən ayaqların səni daşımaz. Gedəcəyəm de, bas və get! (Cinnet Mustatili) - Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır. (İhtilal) - Allah iztirabını çəkdirmədiyi şeyin nemətini verməz. (Konuşmalar) - Allahım, bizi həm əfv, həm adam et. (Vecdimin Penceresinden) - Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq. (Çerçeve 1) - Ağıldan böyük nemət, zəkadan da ağır yük tanımıram. (Vecdimin Penceresinden) - Allah var lakin bizim ondan, tək soruşulduğu zaman xəbərimiz var! (Cinnet Mustatili) - Kaş ki, mən Allah sözündən başqa, ağzından tək söz belə çıxardamayan bir dilsiz olsaydım! (Aynadaki Yalan) - Gördüyü şeyi necə görə bildiyini izahdan acizkən gözüylə görmədiyi üçün Allahı inkar edən materialistlərdən iyrənirəm! (Rapor) - Elə insanlar vardır ki; Kanalizasiyaya düşsələr, kanalizasiyanı çirkləndirərlər. - Mən keçmişimi bükdüm və qaldırıb zibilə atdım, bu zibilləri isə ancaq; pişiklər və itlər qarışdırar! - Dinin olmadığı yerdə heç bir şey yoxdur; yoxluq belə yoxdur... Şeir və sənətsə heç yoxdur... (Çilə) - Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. (Çerçeve 1) - "Gəncliyinə doya bilmədən getdi" deyərlər. Doymaq mümkünmü ki, doyub da getsin. Doymaq burada deyil. Bura acmağın yeridir... (Vecdimin Penceresinden) - İttihat və Tərəqqi bir başdan o biri başa saxta qəhrəmanlar sirkidir. Ucuz qəhrəmanlıq özəntisi və saxtası, iç-içə... Ondan sonrakı dövr məlumdur. Maddədə qurtarılan millətin ruhda batırılışı... (Sahte Kahramanlar) Nəcib Fazil Qısakürək _______________________ Nəcib Fazil Twitter: https://twitter.com/NecibFazil_az Nəcib Fazil Facebook: https://www.facebook.com/NecibFazilQisakurek/ Türkcə həqiqi Nəcib Fazıl sözləri: http://www.n-f-k.com...zleri-kaynakly/ Diqqət! internetdə bir çox Azərbaycanca əsassız Nəcib Fazıl sözləri mövcud. Siyahı: http://www.n-f-k.com/nfkforum/index.php?/topic/19089-bu-soezler-necib-fazyl-qysakureye-aid-deyil/